Gürcüstanda ilin futbolçusu - 19 yaşlı Kvaratsxeliya

Gürcüstanda ilin futbolçusu  -  19 yaşlı Kvaratsxeliya
XƏBƏR 29 Dekabr 2020 / 20:38 3131
-  A +

Gürcüstanda ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az xəbər verir ki, bu, "Rubin"in yarımmüdafiəçisi Xviça Kvaratsxeliyadır. Bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu Gürcüstan Futbol Federasiyası tərəfindən mükafatlandırılıb.

2019-cu ilin yayından Gürcüstan millisinə dəvət alan futbolçu bu mövsüm Rusiya Premyer Liqasında 16 oyuna 2 qol vurub, 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Xviça Azərbaycan millisi, "Kəpəz" və "Şəmkir"in sabiq futbolçusu Badri Kvaratsxeliyanın  oğludur.

Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner