Millidə yeni baş məşqçi

Millidə yeni baş məşqçi
XƏBƏR 29 Dekabr 2020 / 00:10 1708
-  A +

Monteneqro millisinə yeni baş məşqçi təyin olunub.
 
Qol.az xəbər verir ki, komandanı Miodraq Raduloviç çalışdıracaq. Bu barədə Monteneqro Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

Monteneqrolu mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu vəzifədə Faruk Hacibegiçi əvəzləyib.
 
Qeyd edək ki, Monteneqro UEFA Millətlər Liqasında ötən mövsüm Azərbaycan yığması ilə eyni qrupda yer alıb. İlk oyunda rəqibinə 0:2 hesabı ilə uduzan Canni De Byazinin başçılıq etdiyi komanda ikinci qarşılaşmada qolsuz heç-heçə edib. Qrupu zirvədə tamamlayan Monteneqro seçməsi pley-offa vəsiqə qazanıb.

Son xəbərlər
topaz banner