İbrahimoviç "Yuventus"la oyunu buraxa bilər

İbrahimoviç "Yuventus"la oyunu buraxa bilər
XƏBƏR 28 Dekabr 2020 / 23:00 1618
-  A +

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliya A seriyasında "Benevento" və "Yuventus"la oyunları buraxa bilər.

Qol.az xəbər verir ki, bu barədə "Football Italia" nəşri məlumat yayıb. Bildirilib ki, 39 yaşlı hücumçu noyabrın 22-si bud nahiyəsi əzələsindən zədələnib və ona meydana qayıtmağa yaxınlaşmağa yaxın başqa bir əzələ zədəsi diaqnozu qoyulub.

"Milan" isveçli oyunçunun zədəsinin ağırlaşacağından narahatdır  və bu səbəbdən onun tam sağalana qədər oynamamasına qərar verib.

Qeyd edək ki, İbrahimoviç bu mövsüm bütün turnirlərdə 12 oyun keçirib və 12 qol vurub.

Xatırladaq ki, "Milan" yanvarın 3-ü "Benevento", yanvarın 6-ı isə "Yuventus"la oynayacaq.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner