Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün arxada qalan 13 turunda 51 oyun keçirilib. Bu matçlarda meydan sahibləri 18 qələbə qazanıb, 16 heç-heçə edib və 17 dəfə uduzub. 131 qolun vurulduğu çempionatda evdə oynayan komandalar cüzi üstünlüyə malikdir – 67:64. Orta məhsuldarlıq 2,57-yə bərabərdir.
Ən yaxşı ev komandası “Qarabağ”dır. Ağdamlılar 6 matçda 15 xal toplayıb. Bu göstəricidə ikinci olan “Neftçi” bir oyun çox keçirsə də, 4 xal geridədir. “Zirə” isə 6 matçda 9 xal toplamağı bacarıb.
Səfərdə ən yaxşı nəticə “Neftçi”yə məxsusdur. “Ağ-qaralar” 6 görüşdə 13 xal toplayıb. Bir oyun çox keçirən “Zirə”nin 11 xalı var. “Sumqayıt” isə 8 xalla üçüncüdür. Rəqib meydanında uduzmayan yeganə komanda “Qarabağ” 6 qarşılaşmanın 5-də heç-heçə oynayıb.
4 komanda - “Neftçi”, “Zirə”, “Sabah” və “Keşlə” səfərdə evdəkindən daha çox xal qazanıb. “Sumqayt”da bu rəqəmlər bərabərdir. “Qarabağ”, “Səbail” və “Qəbələ” isə öz meydanında daha uğurlu olub (pfl.az).
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu