Superliqa klubunda daha bir yoluxma

Superliqa klubunda daha bir yoluxma
XƏBƏR 27 Dekabr 2020 / 21:20 717
-  A +

Türkiyənin “Gənclərbirliyi” klubunda daha bir futbolçu koronavirusa yoluxub.
 
Qol.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
“Kayserispor”la Superliqa matçından öncə kollektivin COVİD-19 testindən keçdiyi və bir nəfərdə koronavirus aşkarlandığı diqqətə çatdırılıb. Adı açıqlanmayan həmin futbolçu karantinə alınıb və müalicəsinə start verilib.
 
Qeyd edək ki, “Gənclərbirliyi” Superliqanın 15-ci turunda sabah doğma meydanda “Kayserispor”la qarşılaşacaq.

 


Son xəbərlər
topaz banner