Azərbaycan Premyer Liqasının 13-cü turundan sonra çempionat qış fasiləsinə yollandı.
Qol.az xəbər verir ki, ilin son oyununda səfərdə “Sumqayıt”ı 2:1 hesabıyla məğlub edən "Sabah"ın bu görüşdəki start heyətinin orta yaşı 24,3-ə bərabər olub.
Bu, komandanın Premyer Liqada çıxış etdiyi müddətdə ən gənc start heyəti kimi tarixə düşüb. “Sumqayıt”la görüşdə start heyətində çempionatın gənc futbolçu limitinə uyğun 4 oyunçu yer alıb (Amin Seydiyev, Ozan Can Kökcü, Veysəl Rzayev və Şakir Seyidov).
Ümumilikdə, cari mövsümdə Premyer Liqada “Sabah”ın heyətində 24 futbolçu meydana çıxıb. Ən çox şans qazanan futbolçu Amin Seydiyevdir (12 oyun, 1068 dəqiqə).
Çempionatın ilk yarısında komandanın heyətində meydana çıxmış ən yaşlı futbolçu Saşa Stamenkoviç (35 yaş), ən gənc futbolçu isə Veysəl Rzayevdir (17 yaş, 11 ay, 9 gün). Qış fasiləsinə kimi komandanın heyətində 9 fərqli futbolçu ümumilikdə 13 qola imza atıb.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu