"Fənərbaxça"nın 3 futbolçusunda koronavirus aşkarlandı

"Fənərbaxça"nın 3 futbolçusunda koronavirus aşkarlandı
XƏBƏR 27 Dekabr 2020 / 01:00 1186
-  A +

“Fənərbaxça”nın daha üç futbolçusunda koronavirus aşkarlanıb.
 
Qol.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Komanda növbəti dəfə COVİD-19 testindən keçib və 3 oyunçunun virusa yoluxduğu məlum olub. Adları açıqlanmayan futbolçular karantinə alınıblar.
 
Qeyd edək ki, “Fənərbaxça” Türkiyə Superliqasının 15-ci turunda istirahət edir. Komanda növbəti matçını yanvarın 4-də “Kasımoaşa”ya qarşı keçirəcək.

 


Son xəbərlər
topaz banner