“İsrailə qayıtdığım üçün peşman deyiləm. Qayıdışımın yeganə və əsas səbəbi ailəmdir”.
Qol.az xəbər verir ki, bu sözləri bir müddət əvvəl İsrailin “Makkabi” klubundan qalmaqalla ayrılan Azərbaycan milli komandasının və “Sumqayıt”ın sabiq futbolçusu Əli Babayev deyib. 30 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasına qayıtmaq istədiyini bildirib:
“Ailəm Azərbaycanda yanımda olsaydı, şübhəsiz ki, orada daha uzun illər və ya karyeramın sonuna kimi oynayardım, Çünki özümü çox yaxşı hiss edirdim. Ümumiyyətlə, karyeramda verdiyim qərarlar üçün peşman deyiləm.
Azərbaycana qayıtmağı düşünürəm? Ailəm buna hazır olsa və yanımda olsa, şübhəsiz ki, Azərbaycana qayıdaram. Əminəm ki, məni orada görməkdən çox məmnun olacaqlar. Hələ də Azərbaycandan olan hər kəslə ünsiyyətdəyəm, onları sevirəm və verdikləri hər şeyə görə çox minnətdaram”.
Qeyd edək ki, Babayev yığmamızla 1 matç keçirib. O, 2018/19-cu illər mövsümündə “Sumqayıt”da çıxış edib.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu