UEFA 1955-2020-ci illər dövründə Avropa turnirlərində iştirakına görə tarixin ən yaxşı klublarının yeni sıralamasını təqdim edib.
Qol.az qurumun saytına istinadən xəbər verir ki, cədvəldə 11 klub yer alıb. Siyahıya “Real” başçılıq edir. Madrid təmsilçisi 65 il ərzində 51 dəfə Çempionlar Liqasında iştirak edib və 13 dəfə turnirin qalibi olub. Ümumilikdə 445 matç keçirən komanda onların 265-də qalib gəlib, 77-də heç-heçə edib, 103-də isə məğlub olub. Klubun aktivində 607 xal var.
İkinci yerdə 37 dəfə turnirlərdə iştirak edən və 6 dəfə çempion olan “Bavariya”dır- 358 matç, 211 qələbə, 73 heç-heçə, 74 məğlubiyyət, 495 xal.
İlk “3-lüy”ü “Barselona” qapayıb. Komanda turnirlərdə 31 dəfə iştirak edib və 5 dəfə çempion olub. Kataloniyalılar 459 xal toplayıblar (325 matç, 193 qələbə, 73 heç-heçə, 59 məğlubiyyət).
Avropa turnirlərində iştirakına görə ən yaxşı 11 klub:
1. “Real” (İspaniya)
2. “Bavariya” (Almaniya)
3. “Barselona” ( İspaniya )
4. “Mançester Yunayted” (İngiltərə)
5. “Yuventus” (İtaliya)
6. “Milan” (İtaliya)
7. “Liverpul” (İngiltərə)
8. “Benfika” (Portuqaliya)
9. "Portu" (Portuqaliya)
10. "Ayaks" (Hollandiya)
11. “Dinamo” (Kiyev, Ukrayna)
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu