“Çelsi”nin baş məşqçisi Frenk Lempard oyun qrafkinin sıxlığından şikayətlənib.
Qol.az Goal.com-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis bu cədvəlin ədalətsiz olduğunu hesab edir:
“İki gündə iki oyun, 48 saat vaxt... Ağıllı olmağa çalışmıram. Amma bu, bizim üçün vacib bir məqamdır. Çünki çempionatda yüksək yerlər uğrunda mübarizə aparan digər komandalar 3-4 gündə 2 matç keçirirlər.
“Mançester Yunayted”, “Tottenhem”, “Liverpul” 3-4 gündə 2 oyuna çıxacaq. Bu, Premyer Liqanın keyfiyyətinə əks-təsir göstərir. Belə vəziyyət hər iki matçda çıxış etməli olan futbolçular üçün riskdir. Bunu hamı bilir. Digər komandalarla bərabər istirahət vaxtı almırıq. Bu cür 90 dəqiqə yüksək səviyyədə oynamaq bir yana, futbolçuların məşq etməsi belə pisdir”.
Qeyd edək ki, “Çelsi” bu gün Bak vaxtı ilə 21:30-da “Arsenal”la qarşılaşacaq. Komanda dekabrın 28-də “Aston Villa” ilə üz-üzə gələcək.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu