Mbappe Tuhellə vidalaşdı - "Futbolun qanunu budur"

Mbappe Tuhellə vidalaşdı -  "Futbolun qanunu budur"
XƏBƏR 25 Dekabr 2020 / 11:02 3369
-  A +

PSJ-nin hücumçusu Kilian Mbappe istefaya göndərilən baş məşqçi Tomas Tuhellə vidalaşıb.

Qol.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Tuhelin klub tarixinə adını yazdırdığını bildirən Mbappe ona təşəkkür edib: “Təəssüf ki, bu, futbolun qanunudur. Ancaq burada keçirdiyin günlər heç vaxt unudulmayacaq. Klub tarixində çox gözəl bir iz qoydun. Təşəkkür edirəm”.

Qeyd edək ki, klub hələlik Tuhelin istefaya göndərilməsi ilə bağlı rəsmi açıqlama verməyib. Fransa mətbuatı isə artıq PSJ-nin Mauriso Poçettino ilə razılığa gəldiyini yazıb.

Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner