"Napoli"nin baş məşqçisi Cennaro Qattuzo İtaliya A seriyasının 14-cü turunda "Torino" ilə matça (1:1) sağ gözündəki sarğı ilə çıxmasının səbəbi haqda danışıb.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, gözündə miasteniya qravisin okuler (autoimmun mənşəli, sinir-əzələ keçiriciliyinin pozunluğu nəticəsində eninəzolaqlı əzələlərin süstlüyü ilə xarakterizə olunan xəstəlikdir - red) olduğunu deyib:
"Gözümdə mieasteniya var. Buna görə 10 ildir əziyyət çəkirəm. Üçüncü dəfə bu xəstəlik şiddətləndi. Bu dəfə daha güclü oldu, amma hər şey keçdi, gözüm düzəlir. Hər şeyi iki görürəm. Ayaqüstə dayanmaq çətindir, ancaq mənim kimi çılğın insanlar bunun öhdəsindən gələ bilər.
Oyunçularımın məni görəndə üzüldüyünü bilirəm. Öləcəyimi oxudum. 1 aylıq ömrümün qaldığını yazmışdılar. Qorxmayın, ölmürəm. Yaşayıram" .
Cennaro Qattuzo uşaqlara da mesaj göndərib: "Güzgüdə yaxşı görünməyən uşaqlar üçün bir mesajım var. Həyat gözəldir və bundan gizlənmədən özünüzlə üzləşməlisiniz. Qorxmayın, həyat çox gözəldir və yaşamağa dəyər. Gözüm yaxşılaşacaq və hər zamankından daha yaraşıqlı qayıdacağam".
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı