"Sabah"ın futbolçusu Münhendə əməliyyat olundu

"Sabah"ın futbolçusu Münhendə əməliyyat olundu
XƏBƏR 23 Dekabr 2020 / 22:44 1368
-  A +

Millimizin və "Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadə qasıq nahiyyəsindəki ikitərəfli yırtıqdan əməliyyat olunub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Almaniyanın Münhen şəhərindəki “Arabella” klinikasında aparılmış əməliyyat uğurlu keçib. Hazırda futbolçunun özünü yaxşı hiss etdiyi bildirilib.

Həkimlərin rəyinə əsasən, Bəhlul 5 həftə sonra məşqlərə başlaya biləcək.


Son xəbərlər
topaz banner