“Öncə susdum... Susdum ki, ölkə tariximizin ən şanlı mübarizəsində fərd olaraq durumum ümummilli maraqlara toz olmasın...”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın mətbuat xidmətinin UEFA tərəfindən futboldan uzaqlaşdırılan rəhbəri Nurlan İbrahimova özünü "Feysbuk" hesabında yazıb.
Ömürlük diskvalifikasiya olunduqdan sonra məsələ ilə ilk dəfə fikirlərini bildirən İbrahimov dəstək üçün hamıya təşəkkür edib: “Amma Azərbaycan xalqı o qədər möhtəşəmdir ki, bunu yazmaya bilməzdim... Son 2 ayda yazan, zəng edən, axtaran, tanıyan-bilməyən, adımı taq edib-etməyən, 7–77-yə, etnik fərq etmədən, dünyanın 4 bir yanından, diplomatından, məmurundan tutmuş, əyalətdə yaşayan sadə vətəndaşa qədər dəstəyiniz o qədər inanılmaz idi ki...”.
İbrahimov hələ heç nəyin bitmədiyini, mübarizənin davam etdiyini vurğulayıb: “Əlbəttə, taleyimizə yazılmışsa bir gün qələmə alacağım kitabda Azərbaycan insanın dünyaya sığmayan ürəyini, incəliyini, həssaslığını zərrə-zərrə sətirlərə tökəcəyəm. Acısına rəğmən vətən müharibəsinin iştirakçılarının diqqətini, şəhid ailələrinin dəstəyini, cibindəki təqaüdünü təklif edən, işlərində bürokratik sərhədləri aşaraq dəstək verən, sözlə, dillə, canla, göz yaşıyla dəstək olan insan(lığ)ımızın qarşısında təzim edirəm... Bu zaman aralığında sayagəlməz qədər eşitdiyim “Sənin üçün nə edə bilərəm?” ifadəsindəki dünya boyda Azərbaycandır bu vətən insanı... Əlbəttə, heç nə bitməyib, mübarizə davam edir. Süni bürokratik əngəllərə baxmayaraq haqqımızı sona qədər almağa çalışacağıq... Azərbaycan(lılar) möhtəşəmdir, daha da möhtəşəm olacaq...”.
Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı "feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. Artıq qitə futbol qurumunun Nəzarət, Etika və İntizam Orqanı tərəfindən verilən cəza ilə bağlı apelyasiya müraciəti olunub. UEFA-nın şikayətə yaxın günlərdə baxması gözlənilir.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı