"Artetanı qovmaq böyük səhv olar" - Qvardiola

"Artetanı qovmaq böyük səhv olar" -  Qvardiola
XƏBƏR 23 Dekabr 2020 / 12:12 1677
-  A +

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Arsenal”ın çalışdırıcısı Mikel Artetaya dəstək olub.

Qol.az xəbər verir ki, ispaniyalı çalışdırıcı “BBC Radio”ya açıqlamasında komandanın uğursuz çıxışlarından sonra Artetanın istefaya göndəriləcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

O, həmyerlisinin vəzifəsində qalmalı və ona zaman verilməli olduğunu deyib: “Əgər “Arsenal” Artetanı qovsa, böyük səhv etmiş olar. Ona güvənməlidirlər. Nəticələrə görə məşqçini tənqid edənləri anlayıram. Ancaq onunla xeyli müddət çalışmışam və nə qər yaxşı məşqçi olduğunu bilirəm. Artetanın tək ehtiyacı zamandır”.

Uğursuz mövsüm keçirən London klubu 14 turdan sonra 14 xalla 15-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Arteta 2016-2019-cu illərdə “Mançester Siti”də Qvardiolanın köməkçisi kimi çalışıb. O, ötən ildən "Arsenal"ın baş məşqçisidir.

Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner