"Napoli"nin texniki məğlubiyyəti ləğv edildi

"Napoli"nin texniki məğlubiyyəti ləğv edildi
XƏBƏR 22 Dekabr 2020 / 22:30 2792
-  A +

"Napoli"nin texniki məğlubiyyəti ləğv edilib.

Qol.az xəbər verir ki, İtaliya Olimpiya Komitəsi klubun apelyasiya şikayətini təmin edib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Koronavirusa kütləvi yoluxma səbəbindən 4-cü turda "Yuventus"la oyun üçün səfərə gedə bilməyən Neapol təmsilçisinə texniki məğlubiyyət verilmişdi.

İtaliya İdman Arbitraj Məhkəməsi federasiyanın 0:3 hesablı texniki məğlubiyyət qərarını ləğv edib. Cennaro Qattuzonun komandasının Turin klubu ilə oyunu keçiriləcək. Qarşılaşmanın yeni tarixi barədə yaxın müddətdə məlumat veriləcək.

 

 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner