İslandiya millisində yeni baş məşqçi

İslandiya millisində yeni baş məşqçi
XƏBƏR 22 Dekabr 2020 / 17:39 1540
-  A +

İslandiya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Qol.az xəbər verir ki, bu haqda İslandiya Futbol Federasiyasının rəsmi sosial şəbəkə hesablarında  məlumat yayılıb. Komandanı U-21 yığmasına rəhbərlik edən Arnar Vidarssonun çalışdıracağı bildirilib.

İslandiya millisinin bunadək son baş məşqçisi Erik Hamren olub. O, noyabr ayında istefaya göndərilib. Onun komandadan ayrılmasına yığmanın Avro-2020-yə vəsiqə qazana bilməməsi və Millətlər Liqasının A Liqasından kənarlaşdırılması səbəb olub.

Qeyd edək ki, Vidarsson 1998-2007-ci ilərdə İslandiya millisində çıxış edib.


Son xəbərlər
topaz banner