Dekabrın 24-də Azərbaycan Premyer Liqasında 2020-ci ilin son oyunları keçiriləcək. 13-cü turda “Səbail”lə qarşılaşacaq “Qəbələ” ili səfər matçı ilə başa vuracaq.
Qol.az klubun saytına istinadən xəbər verir ki, I dövrədə Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmada 1:1 hesablı heç-heçə edən rəqiblər ümumilikdə 15-ci dəfə görüşəcək.
Əvvəlki 14 matçda üstünlük “qırmızı-qaralar”ın tərəfindədir. “Qəbələ” oyunların yarısında – 7 dəfə qalib gəlib. 4 heç-heçəsi olan komanda yalnız 3 dəfə uduzub. 40 qolun vurulduğu matçlarda top fərqi də futbolçularımızın xeyrinədir – 25:15. “Səbail”lə oyunlarda Baqali Dabo hamıdan çox - 6 qol vurub.
İndiyəqədərki 14 görüşdən 12-si Premyer Liqa, 2-si ölkə kubokuna təsadüf edib. Azərbaycan çempionatında 5 qələbə və 4 heç-heçəsi olan “Qəbələ” 3 yenilgi alıb. 20 qol vuran komandamız 13 top buraxıb.
Səfərdə keçirdiyi 7 matçda 2 qələbə və 2 heç-heçəsi olan “qırmızı-qaralar” rəqib meydanından 3 dəfə xalsız dönüb. 11 qol vuran komanda eyni sayda qol buraxıb.
Xatırladaq ki, dekabrın 24-də keçiriləcək “Səbail” - “Qəbələ” görüşü saat 16:00-da başlayacaq.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı