"Qarabağ"ın futbolçusu Donald Gerye Haitidə xeyriyyə matçı təşkil edəcək.
Qol.az "Haiti Tempo"ya istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin dostlarının oynayacağı bu qarşılaşmadan toplanan vəsait, Haitinin əsas xəstəxanasına kömək üçün ayrılacaq. “Geryenin dostları” ilə “Ölkənin ulduzları” arasındakı oyun Port-au-Prince-də dekabrın 27-də keçiriləcək.
Gerye bu matçı təşkil etməyinə nəyin təkan verdiyi ilə bağlı da danışıb. Bildirib ki, bunun səbəbi bəzi insanların dərman və peyvənd almağa imkanlarının olmamasıdır: "Bu insanlara kömək etmək üçün pul toplamağa görə belə bir matç təşkil etməyə qərar verdik. Yardım toplamaq üçün radio və televiziyanı matça dəvət edəcəyik. Biz 5 və ya 10 adama kömək etməyəcəyik, əksinə köməyə ehtiyacı olanların sayı çoxdur. Daha sonra bunu hər kəsə göstərmək üçün onlarla şəkil çəkdirəcəyik".
O, bu kimi tədbirlərdən gələn pulların təşkilatçılar tərəfindən mənimsənildiyi ilə bağlı ittihamlara münasibət bildirib: “Yalnız bir-birinə etibar etməyən insanlar bu barədə danışırlar. Özləri etibarsızdırlar və hamının eyni olduğuna inanırlar. Sosial mediada bu kimi şərhlərə cavab vermirəm".
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı