Koman 1-ci, Levandovski 5-ci oldu

Koman 1-ci, Levandovski 5-ci oldu
XƏBƏR 22 Dekabr 2020 / 11:59 1311
-  A +

"Bavariya"da noyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Qol.az xəbər verir ki, klubun saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, Kinqsli Koman ötən ayın ən yaxşısı seçilib. Noyabrda 5 oyunda 3 qol vuran, 2 qolun ötürməsini verən fransalı yarımmüdafiəçi 42 faiz səs toplayıb.

İlk 5-liyə Tomas Müller, Manuel Noyer (hər ikisi 21 faiz), Jamal Musiala (7 faiz) və Robert Levandovski (4 faiz) daxil olub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner