Arazın komandası uduzdu

Arazın komandası uduzdu
XƏBƏR 21 Dekabr 2020 / 20:20 1431
-  A +

Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilir.
 
Qol.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi “Boluspor” bu turda səfərdə “Samsunspor”la qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, hazırda 13 xalı olan “Boluspor” 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner