Ağabala Ramazanovdan rekord

Ağabala Ramazanovdan rekord
XƏBƏR 21 Dekabr 2020 / 14:48 2096
-  A +

Qismət Alıyev “Zirə”də qol hesabını açıb.

Qol.az xəbər verir ki,  o, Premyer Liqanın 12-ci turunun “Sumqayıt”la oyununda (2:2) fərqlənib. Yarımmüdafiəçi “qartallar”ın heyətində keçirdiyi 7-ci matçda ilk qolunu vurub.

Qismət klub tarixinə Premyer Liqada qol sevinci yaşayan 46-cı futbolçu kimi düşüb. Onadək komandanın 45 üzvü rəqib qapılarına yol tapıb.

"Zirə"nin digər qolunun müəllifi Ağabala Ramazanov isə rekorda imza atıb. O, “Zirə”nin Premyer Liqada ən yaxşı yerli bombardiri olub. “Qartallar"ın heyətində 12-ci matçına çıxan hücumçu 7-ci dəfə fərqlənib. Komandanın kapitanı bununla da 6 qol vuran Vüsal İsgəndərlini arxada qoyub.

Ağabala “Zirə”nin Premyer Liqadakı bombardirləri cədvəlində 5-cı sırada qərarlaşıb. O, legionerlərdən – Nelson Bonilla (14), Riçard Qadze (13), Xulio Sezar Rodrigez (12) və Milan Duriçdən (8) geri qalır.

Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner