Almaniyanın “Borussiya” (Münhenqladbax) klubu futbolçusu Markus Türamı cəzalandırıb.
Qol.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin idman direktoru Maks Eber klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Bundesliqanın 13-cü turunda “Hoffenhaym”a qarşı keçirilən oyunda rəqib komandanın futbolçusu Stefan Poşun üzünə tüpürən Türamın bir aylıq məvacibi dəyərində cərimələnəcəyini bildirib. 23 yaşlı hücumçunun aylıq maaşı təqribən 150 min avrodur.
Türam, qarşılaşmanın 79-cu dəqiqəsində Poşla girdiyi ikili mübarizədən sonra rəqibinin üzünə tüpürüb və qırmızı vərəqə alaraq meydandan qovulub. Fransız futbolçu etdiyi hərəkətə görə Poşdan və futbol ictimaiyyətindən üzr istəyib və emosional davrandığını etiraf edib.
Türamın Almaniya Futbol İttifaqı tərəfindən də sərt cəzalandırılması gözlənilir.
Qeyd edək ki, Markus Türam Fransa millisi ilə dünya və Avropa çempionu olan Lilian Türamın oğludur.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı