"Bu görüş mənim üçün çox önəmli olduğu üçün tam fərqli hazırlaşmışdım. 2019-cu ildə mənə qarşı edilən haqsızlığı qəbul edə bilmirdim".
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda rusiyalı Hacımurad Rəşidov üzərində qazandığı qələbə barədə danışarkən deyib.
65 kq-da çıxış edən üçqat Avropa və dünya çempionu rəqibindən qat-qat güclü olduğunu bildirib: "Hacımurad Rəşidov və onun fanatları mənə qalib gəldiyini düşünürdü. Amma bu, belə deyildi. Mənə elə gəlir ki, hakimlərin "gözəl" qərarı ilə o qalib gəlmişdi. Bütün gücüm və istəyimlə bu qarşılaşmaya hazırlaşmışdım və qələbə qazanacağımı hiss edirdim. Şükürlər olsun ki, ilk dəqiqədən hücum elədim. Fikrimcə, mən ondan çox güclüyəm".
Turnirdəki çıxışını da dəyərləndirən Əliyev Macarıstan güləşçisi İsmayıl Musukayevə 6:7 hesabı ilə uduzduğu görüşə zədəli çıxdığını söyləyib: "Rəqib zədələndiyimi bilmirdi. Güləşəndə əziyyət çəkirdim. Yenə haqsızlıqla üzləşdim. Hakimlər 2 xəbərdarlıqdan birini vermədi. Bunu başqa hakimlər də dedi. Həm də ani ehtiyatsızlıqdan 6 xal verdim. Heç nədən. Amma bu idmandır. Ümid edirəm ki, gələcək yarışlarda və Olimpiadada daha yaxşı nəticə olacaq".
Zədəsi ilə bağlı da danışan titullu güləşçi qabırğasında sınıq olmadığını vurğulayıb: "Sadəcə, yüngül çat var. 10-15 gün doğru müalicə getsə, problem aradan qalxacaq. Lisenziya turnirinə qədər tam hazır vəziyyətdə olacağımı düşünürəm”.
Qeyd edək ki, Hacı Əliyev Fərdi Dünya Kubokunda bürünc medal qazanıb.
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?