“Milan” İbrahimoviçin əvəzləyicisini tapdı

“Milan” İbrahimoviçin əvəzləyicisini tapdı
XƏBƏR 20 Dekabr 2020 / 12:53 3186
-  A +

“Milan” heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Qol.az “Calciomercato”ya istinadən xəbər verir ki, İtaliya klubu “Napoli”dən Fernando Llorenteni transfer etmək istəyir. A seriya təmsilçisi 35 yaşlı hücumçunu Zlatan İbrahimoviçin əvəzləyicisi kimi görür. İspaniyalı futbolçunun “Napoli” ilə hazırkı müqaviləsinin müddəti isə 2021-ci ilin yayına qədərdir.


Qeyd edək ki, Fernando Llorente bu mövsüm “Napoli”də oyuna çıxmayıb.


Son xəbərlər
topaz banner