Zidan İskonu komandada saxlamaq istəyir

Zidan İskonu komandada saxlamaq istəyir
XƏBƏR 19 Dekabr 2020 / 17:56 1549
-  A +

"Real"ın futbolçusu İsko Madrid təmsilçisində qala bilər.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, La Liqa klubunun baş məşqçisi Zinəddin Zidan ispan yarımmüdafiəçini komandada saxlamaq istəyir. 28 yaşlı oyunçu ilə "Everton", "Arsenal", "Yuventus" və "Milan" maraqlanır.

Qeyd edək ki, İsko 2013-cü ildən "Real"da oynayır.


Son xəbərlər
topaz banner