"Borussiya"nın futbolçusundan rekord

"Borussiya"nın futbolçusundan rekord
XƏBƏR 19 Dekabr 2020 / 12:09 1988
-  A +

Dortmund “Borussiya”sının futbolçusu  Yussuf Mukoko Bundesliqada yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.Futbolçu sözügedən uğura ötən gün “Union”la matçda (1:2) fərqlənməklə nail olub. 16 yaş 28 günündə olan hücumçu Bundesliqada qol vurmağı bacaran ən gənc futbolçu adını qazanıb.

İndiyədək ən yüksək göstərici “Bavariya”nın yarımmüdafiəçisi Florian Uirtsə məxsus idi- 17 yaş 34 gün.


Son xəbərlər
topaz banner