"Mançester Yunayted" Reşfordla müqaviləni uzadır

"Mançester Yunayted" Reşfordla müqaviləni uzadır
XƏBƏR 19 Dekabr 2020 / 10:59 1040
-  A +

“Mançester Yunayted” futbolçusu Markus Reşfordla müqaviləsini yeniləməyə hazırlaşır.

Qol.az “Daily Star”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 23 yaşlı hücumçu ilə sözləşməni 5 il uzadacaq. Yeni müqaviləyə görə, ingiltərəli oyunçu həftəlik 300 min funt-sterlinq qazanacaq.

Qeyd edək ki, Reşford bu mövsüm 20 matça çıxaraq, 12 qol vurub və 5 qolun ötürməsini verib.


Son xəbərlər
topaz banner