Levandovski, Ronaldo və Messi kimə səs verib?

Levandovski, Ronaldo və Messi kimə səs verib?
XƏBƏR 18 Dekabr 2020 / 11:12 4912
-  A +

İlin ən yaxşı futbolçu mükafatına iddiaçı olan 3-lüyün kimə səs verməsi açıqlanıb.

Qol.az xəbər verir ki, Robert Levandovski (Polşa, “Bavariya”), Kriştiano Ronaldo (Portuqaliya, “Yuventus”) və Lionel Messi (Argentina, “Barselona) millinin kapitanları kimi səs vermək hüququndan yararlanıb.

Mükafatın sahibi olan Levandovski  özünə və əsas rəqiblərinə səs verməyib. O, Tyaqo Alkantaranı 1-ci, Neymarı 2-ci, Kevin de Brüyneni 3-cü yerə layiq bilib.

Ronaldo iki əsas rəqibini ilk iki sıraya layiq bilib. Levandovskini 1-ci yerdə görən portuqaliyalı Messini 2-ci göstərib. O, üçüncü sıranı Killian Mbappeyə verib.

Messi isə Neymarı 1-ci, Mbappeni 2-ci, Levandovskini 3-cü hesab edib.

Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner