Bundesliqa klubundan 25 milyon avroluq transfer

Bundesliqa klubundan 25 milyon avroluq transfer
XƏBƏR 17 Dekabr 2020 / 20:26 2093
-  A +

Almaniyanın “Leyptsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az xəbər verir ki, Bundesliqa klubu Avstriya “Zalsburq”undan Dominik Soboslaini transfer edib.

Bu barədə Almaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 4.5 illik müqavilə imzalanıb.

“Leyptsiq” Soboslainin keçidinə görə qarşı tərəfə 25 milyon avro ödəyib.

Qeyd edək ki, Macarıstan yığmasının üzvü bu mövsüm “Zalsburq”da meydana çıxdığı 21 oyuna 9 qol vurub.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner