FİFA bu gün müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının adlarını açıqlayacaq.
Qol.az xəbər verir ki, ilin ən yaxşı oyunçusuna verilən "The Best" mükafatının təqdim ediləcəyi tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Mərasim koronavirus səbəbindən ilk dəfə onlayn keçiriləcək.
İlin ən yaxşı futbolçusu adına namizədlər sırasında Kriştiano Ronaldo (Portuqaliya, "Yuventus"), Robert Levandovski (Polşa, "Bavariya") Lionel Messi (Argentina, "Barselona") yer alıb
İlin ən yaxşı baş məşqçisi adına namizədlər isə Yurgen Klopp ("Liverpul"), Marselo Byelsa ("Lids Yunayted") və Hans-Diter Flikdir ("Bavariya").
Qeyd edək ki, mükafatlar 11 nominasiya üzrə veriləcək. İlin futbolçusu, məşqçisi ilə yanaşı, ən yaxşı qadın futbolçu və qadın komandasının ən yaxşı məşqçisi, kişi və qadın futbolunun ən yaxşı qapıçısı, rəmzi komandalar və feyr-pley mükafatının sahibi, ilin ən yaxşı azarkeşi və ya azarkeş qrupu, ən gözəl qola imza atan oyunçuya "Ferents Puşkaş" mükafatı veriləcək.
Qeyd edək ki, ötən il "The Best" mükafatını Lionel Messi qazanıb.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı