“Tottenhem”in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 13-cü turunda “Liverpul”a uduzduqları oyun (1:2) haqda danışıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis matçdan sonra rəqibin çalışdırıcısı Yurgen Kloppla söhbət etdiyini və ona məğlub olmağa layiq olmadıqlarını dediyini söyləyib:
“Oyundan sonra Kloppla danışdım. Ona ən yaxşı komandanın uduzduğunu dedim. Klopp mənimlə razlaşmadı. Lakin bu, onun fikridir. Meydandan kənarda Klopp kimi davransaydım, qovulardım. Film çəkirik? Səbəbini təbii ki, bilirik. Mən fərqliyəm.
Oyunda qalib gəlməyə çox yaxın idik. Şansımız var idi, amma məğlub oludq. Matç bizim nəzarətimiz altında idi. Heç-heçə belə bizim üçün pis nəticə olardı. Məğlubiyyətin necə hiss yaşatdığını təxmin edə bilirsiniz?".
Qeyd edək ki, “Tottenhem” sözügedən oyunda uduzmaqla turnir cədvəlindəki liderliyi əldən verib. Hazırda siyahıya 28 xalla “Liverpul” başçılıq edir. “Tottenhem” 25 xalla 2-ci, “Sauthempton” isə 24 xalla 3-cüdür.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı