"Fənərbaxça" 1/8 finalda, "Trabzonspor"dan erkən vida

"Fənərbaxça" 1/8 finalda, "Trabzonspor"dan erkən vida
XƏBƏR 17 Dekabr 2020 / 00:45 2138
-  A +

Türkiyə kubokunda 1/16 final mərhələsi davam edir.

Qol.az xəbər verir ki, ötən gün daha 5 oyun keçirilib. "Fənərbaxça" öz meydanında 2-ci liqa təmsilçisi "Karacabey Belediyespor"la qarşılaşıb. Görüş İstanbul klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 11-ci dəqiqədə qonaqların futbolçusu Onur Özcan öz qapısından keçirib. Bununla da "Fənərbaxça" 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra "Fənərbaxça" ilə yanaşı, "Erzurumspor", "Qaziantepspor", "Alanyaspor" və "Adana Demirspor" növbəti mərhələyə adlayıb. "Trabzonspor" isə 1-ci liqa təmsilçisi "Adana Demirspor"a penaltilərdə uduzaraq ölkə kubokunda mübarizəni dayandırıb.

 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner