Hazard sağaldı

Hazard sağaldı
XƏBƏR 16 Dekabr 2020 / 19:29 3295
-  A +

"Real"ın futbolçusu Eden Hazard zədəsini sağaldıb.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi komanda ilə ümumi məşqlərə başlayıb. Onun La Liqanın 14-cü turunda "Eybar"la matç üçün iştirak ərizəsində yer alacağı gözlənilir.

Qeyd edək ki, Hazard bu mövsüm 6 matçda 2 qol vurub. O, zədə səbəbindən komandasının əksər oyunlarını buraxıb.


Son xəbərlər
topaz banner