“Borussiya” Lusyen Favra 1 milyon təzminat ödəyəcək

“Borussiya” Lusyen Favra 1 milyon təzminat ödəyəcək
XƏBƏR 16 Dekabr 2020 / 17:18 1223
-  A +

Dortmund “Borussiya”sı sabiq baş məşqçisi Lusyen Favra 1 milyon avro təzminat ödəyəcək.

Qol.az “Bild”ə istinadən xəbər verir ki, buna səbəb klubun 63 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilməsidir. İsveçrəli məşqçinin klubla 2021-ci ilin iyun ayına qədər sözləşməsi olsa da, o, dekabrın 13-də istefaya göndərilib.

“Borussiya” Bundesliqanın 11-ci turunda “Ştutqart”a məğlub olduqları oyundan (1:5) sonra Favrla yolları ayırıb.

Qeyd edək ki, Lusyen Favr 2018-ci ildən “Borussiya”da işləyirdi.


Son xəbərlər
topaz banner