“Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo klubda işlədiyi vaxtları xatırlayıb.
Qol.az “Goal.com”a istinadən xəbər verir ki, hazırda “Tottenhem”i çalışdıran 57 yaşlı mütəxəssis “qırmızı şeytanlar”da ona yetəri qədər vaxt verilmədiyini deyib:
"Karyeramın müəyyən mərhələlərində işlədiyim komandalarda lazımı nəticə üçün çox vaxta ehtiyacım olmayıb. Bu, “Portu”da, “Real”da, “Çelsi”də də oldu. Hər şey bizim xeyrimizə işlədi və nəticə əldə etmək çox çəkmədi.
Özümdə yeni bir şeylər sınamaq, başqa ölkələrə səyahət etmək, qalib gəlmək, yeni təcrübələr qazanmaq istəyirdim.
İrəliləyiş əldə etmək üçün vaxta ehtiyacım olduğunu anladığım ilk klub “Mançester Yunayted” idi. Amma orada mənə həmin zaman verilmədi. Prosesin ortasında artıq komandadan ayrıldığımı hiss etdim. Eyni zamanda özümə başqalarının fikirlərinə hörmət etməyi də öyrətmişdim.
Komandada əlimdən gələni etdim. İndi isə yoluma davam edirəm. Mən də xoşbəxtəm, onlar da. Əla münasibətlərimiz var. Bir klubdan ayrılanda həmişə onlar haqqında danışmaqdan qürur duya bilərəm”.
Qeyd edək ki, Mourinyo 2016-2018-ci illərdə “Mançester Yunayted”də işləyib.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı