Karantin qaydalarını pozan futbolçu qovuldu

Karantin qaydalarını pozan futbolçu qovuldu
XƏBƏR 15 Dekabr 2020 / 22:34 2267
-  A +

Belçikanın "Ostende" klubu futbolçusu Fabris Ondoa ilə müqaviləni pozub.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna kamerunlu qapıçının koronavirus pandemiyası dövründə əyləncə məclisi təşkil etməsi səbəb olub.

Ötən həftə 24 yaşlı qapıçının evindən səs-küy gəldiyini eşidən qonşular polis çağırıblar. Bu zaman Ondoanın təqribən 10 nəfərlik məclis quraraq karantin qaydalarını pozduğu məlum olub.

Ondoanın qonaqları hadisə yerinə gəlmiş polislərə hücum etməkdən də çəkinməyiblər.

 


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner