Holandın hədəfləri

Holandın hədəfləri
XƏBƏR 15 Dekabr 2020 / 13:28 2302
-  A +

Avropada ilin ən yaxşı gənc oyunçusuna verilən "Golden Boy" mükafatına layiq görülən Dortmund "Borussiya"sının futbolçusu Erlinq Holand hədəflərindən danışıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, hədəflərinin  yüksək olduğunu deyib: "Bu mükafatı qazandığım üçün xoşbəxtəm. Amma mənim xəyalımda "Qızıl top"un və Çempionlar Liqasının qalibi olmaq var".

Qeyd edək ki, Holand bu mövsüm 14 matçda 17 qol vurub.


Qarabağ FK
Son xəbərlər
topaz banner