Kuman püşkü dəyərləndirdi

Kuman püşkü dəyərləndirdi
XƏBƏR 14 Dekabr 2020 / 20:16 2977
-  A +

"Barselona"nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, PSJ-yə rəqib olmaqları ilə bağlı deyib:

"Bizim üçün çətin püşk olacağını bilirdik. Şansların 50-50-yə olduğunu düşünürəm. PSJ-də  bizim kimi qələbə qazanmaq istəyən, Çempionlar Liqasında mübarizəni davam etdirməli bir komandadır. Buna görə komandaların şansları bərabər olacaq".

Qeyd edək ki, "Barselona" ilə PSJ arasında ilk matçda fevralın 16-ı, cavab görüşü isə martın 10-u keçiriləcək.


Son xəbərlər
topaz banner