Araz oynadı, komandası uduzdu

Araz oynadı, komandası uduzdu
XƏBƏR 13 Dekabr 2020 / 17:30 1853
-  A +

Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilir.
 
Qol.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin çıxış etdiyi “Boluspor” doğma meydanda “Bandırmaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, 13 turdan sonra hesabında 13 xal olan “Boluspor” 18 kollektiv arasında 14-cüdür.

 


Son xəbərlər
topaz banner