Vətən Müharibəsində neçə idmançımız şəhid olub?

Vətən Müharibəsində neçə idmançımız şəhid olub?
XƏBƏR 12 Dekabr 2020 / 21:09 4185
-  A +

İkinci Qarabağ müharibəsində 478 idmançımız döyüşüb.

Qol.az xəbər verir ki, bu barədə Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev "Feysbuk" səhifəsində yazıb. 478 idmançımızdan 54 nəfəri şəhid olub, 51-i yaralanıb, 2 idmançımız itkin düşüb.

Bundan başqa, üç idman jurnalistimiz müharibədə iştirak edib və onlardan biri yaralanıb.

Şəhidlərimizə rəhmət diləyir, yaralılarımıza isə şəfa arzulayırıq.


Son xəbərlər
topaz banner