"Milan" Kesse ilə danışıqlarda irəlilədi

"Milan" Kesse ilə danışıqlarda irəlilədi
XƏBƏR 12 Dekabr 2020 / 12:29 1098
-  A +

“Milan” futbolçusu Frenk Kesse ilə yeni müqavilə imzalamaq üçün danışıqları davam etdirir.

Qol.az “Tuttosport”a istinadən xəbər verir ki, A Seriya təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə danışıqlarda irəliləyiş əldə edib. Tərəflər razılaşacaqları təqdirdə müqavilə 2024-cü ilədək uzadılacaq. Hazırkı sözləşmənin müddəti isə 2021-ci ilin yayında başa çatır.

Qeyd edək ki, Kesse bu mövsüm 18 matçda 4 qol vurub və 3 qolun ötürməsini verib.


Son xəbərlər
topaz banner