Apellyasiya Arbitraj Tribunalı klubların şikayətinə baxıb.
Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, qurum “Keşlə”, “Neftçi” və “Kəpəz”in şikayəti ilə bağlı qərarını açıqlayıb.
“Keşlə” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. İntizam Komitəsinin dekabrın 1-dəki qərarı ilə Premyer Liqanın 11-ci turunda “Sabah”la ev matçında "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun ikinci sarı vərəqəni aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalandırılması və klubun 3200 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.
Apellyasiya Arbitraj Tribunalı "Neftçi" və "Kəpəz" komandalarının apellyasiya şikayətini isə qismən təmin edib.
Birinci divizionun 7-ci turunda “Qaradağ Lökbatan”la matçın 81-ci dəqiqəsində "Neftçi-2"nin futbolçusu Famil Camalovun “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün cəzalandırıldığı oyun sayı ikiyə endirilib. Klubun 320 manat cərimə olunması qərarı isə qüvvədə qalıb.
İntizam Komitəsinin eyni tarixli qərarı ilə 7-ci turun “Turan Tovuz”la oyununda Gəncə klubunun baş məşqçisi Yaşar Vahabzadənin cəzalandırıldığı oyun sayı beşdən ikiyə endirilməklə, mütəxəssis qalan oyunlarda şərti olaraq cəzadan azad edilib. Klubun 400 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər