Azərbaycanda AZAL, “Rəvan”, “Muğan” kimi klublarda çıxış etmiş Samuel Barlayın cəzası ləğv edilib.
Qol.az “BBC Sport Africa”ya istinadən xəbər verir ki, oyun alqı-satqısında ittiham olunan 34 yaşlı yarımmüdafiəçi Syerra Leone Futbol Federasiyaları Asossasiyasının (SLFA) qərarına əsasən, dəlil çatışmazlığı səbəbindən əfv edilib. Həmçinin bu məsələdə təqsirləndirilən digər şəxs İbrahim Koroma da bağışlanılıb.
Hər iki futbolçu 2008-ci ildə Afrika Millətlər Kubokunda Cənubi Afrika ilə matçın (0:0) nəticəsinə təsir etməkdə günahlandırılırdı.
Barlay isə BBC Sport-a açqlamasında bunları deyib: “Xəbəri eşidəndə göz yaşlarımı saxlaya bilmədim. Çünki həmişə günahsız olduğumu bilirdim. Bu xəbəri alqışlayıram. Amma məmnun deyiləm. Çünki SLFA mənim imicimi yerə çırpdı. Nəticədə karyeram zədə aldı. Mənim imicim bərpa oluna bilməz.
Ölkəmə qarşı heç vaxt pis bir iş görməyəcəyəm. Kədərlənirəm. Çünki SLFA-nın qərarı artıq karyeramı bitirdikdən sonra verildi. 2018-ci ildə bu məsələyə görə karyerama son vermək qərarına gəldim. Azərbaycanda “Rəvan” mənimlə müqaviləni ləğv etdi. Komandalar artıq həmin iddialara görə mənimlə müqavilə imzalamaq marağında deyildilər”.
Qeyd edək ki, Samuel Barlay 2010-cu ildə "Muğan", 2011 - 2013 və 2015/2016 mövsümündə "Rəvan", 2013/2014 mövsümündə isə AZAL-ın oynayıb.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər