“Real”dan Çempionlar Liqası rekordu

“Real”dan Çempionlar Liqası rekordu
XƏBƏR 10 Dekabr 2020 / 12:15 3058
-  A +

“Real” Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Qol.az “Opta”ya istinadən xəbər verir ki, “kral klubu” buna ötən gecə 6-cı turda Mönhenqladbax “Borussiya”sı ilə matçda nail olub. Komanda oyunda 2:0 hesabı ilə qalib gələrək, qrup birincisi olub və növbəti mərhələyə vəsiqə əldə edib. Bununla da Madrid təmsilçisi turnirdə 29-cu dəfə qrupdan çıxmağı bacarıb. Bu, Çempionlar Liqası üçün rekord hesab edilir.

Qeyd edək ki, B qrupunun yekun nəticələrində “Real” 10, “Borussiya” 8, “Şaxtyor” 8, “İnter” isə 6 xal toplayıb.


Son xəbərlər
topaz banner