AFFA və PFL-in Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubun rəhbər şəxsləri, eləcə də videokonfranslarda (7 və 9 dekabr) iştirak edən baş məşqçiləri ilə fikir mübadiləsi aparılıb.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, hazırda klubların heyətində COVID-19 virusuna yoluxan futbolçuların olması, hazırlıq üçün müəyyən müddətin tələb olunması və digər məqamları nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimində aşağıdakı dəyişikliklərlə bağlı qərar qəbul edib.
Premyer Liqa, 12-ci tur
20 dekabr
“Sabah” – “Neftçi”
“Keşlə” – “Səbail”
“Zirə” – “Sumqayıt”
“Qəbələ” – “Qarabağ”
Premyer Liqa, 13-cü tur
24 dekabr
“Səbail” – “Qəbələ”
“Sumqayıt” – “Sabah”
“Neftçi” – “Keşlə”
“Qarabağ” – “Zirə”
Premyer Liqa, 14-cü tur
21 yanvar
“Zirə” – “Qəbələ”
“Səbail” – “Neftçi”
“Sabah” – “Qarabağ
“Keşlə” – “Sumqayıt”
25 yanvar
Azərbaycan Kuboku, 1/8 final mərhələsi
“Səbail” - “Zaqatala”
“Turan Tovuz” - “Qəbələ”
“Sabah” - “Kəpəz”
“Qaradağ Lökbatan” - “Zirə”
Qeyd 1. “Qarabağ”ın 20 dekabr tarixdə “Qəbələ” ilə nəzərdə tutulan oyunu ilkin təqvimdə qeyd olunduğu kimi Qəbələdə baş tutacaq.
Qeyd 2. Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun digər oyunları Peşəkar Futbol Liqasının təsdiq olunmuş təqvimi əsasında baş tutacaq.
Qeyd 3. Mövsümdən öncə hazırlanmış Əsasnaməyə Əlavə və Tibbi Protokol mövsümün sonuna kimi qüvvədədir. Heyətində sonuncu COVID-19 testinin nəticəsi pozitiv çıxmış 7 və daha çox futbolçu yer alan klubun oyunu təxirə salınacaq. Həmin oyunçular 14 günlük təcrid müddəti başa çatdıqdan və testinin nəticəsi neqativ çıxdıqdan sonra həkimlərin rəyi ilə məşqlərə və oyunlara çıxa bilər.
Qeyd 4. Heyətində yetərli futbolçu olmadığı üçün “Vilyarreal”la səfər qarşılaşmasına gedə bilməyən “Qarabağ”ın Avropa Liqası görüşü ilə bağlı daha üst qurumlar tərəfindən keçirilmə qərarı verilsə, “Qarabağ”ın yerli təqvim oyunu ilə bağlı dəyişiklik ediləcək.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər