"Ümid edirəm ki, "Qarabağ"la oyun ləğv ediləcək" - "Vilyarreal"ın futbolçusu

"Ümid edirəm ki,  "Qarabağ"la oyun ləğv ediləcək" - "Vilyarreal"ın futbolçusu
XƏBƏR 9 Dekabr 2020 / 19:49 2642
-  A +

“Vilyarreal”ın futbolçusu Pau Torres Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirməli olduqları oyunun baş tutmaması barədə danışıb.
 
Qol.az xəbər verir ki, 23 yaşlı müdafiəçi "AS"a açıqlamasında bununla bağlı deyib:
 
“Oyunun keçirilməsi ehtimalı çox azdır. UEFA-nın hansı qərarı verəcəyini bilmirik, gözləyirik. Həqiqət budur ki, hazırkı vəziyyət və təqvimə görə oynamamağımız daha yaxşı olar.Ümid edirəm ki, oyun ləğv ediləcək. Ancaq oynamağımız lazım gələrsə, meydana çıxacağıq. Qrupdakı vəziyyətə görə qarşılaşmanın keçirilməyəcəyini düşünürük. Hazırda La Liqada "Betis"lə matça köklənmişik".
 
Qeyd edək ki, "Qarabağ" klubunda koronavirusa kütləvi yoluxma halı aşkarlandığı üçün "Vilyarreal"la matç təxirə salınıb. Qarşılaşma ilə bağlı yekun qərarı UEFA verəcək.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner