"Sivasspor"da daha 3 yoluxma

"Sivasspor"da daha 3 yoluxma
XƏBƏR 9 Dekabr 2020 / 15:32 908
-  A +

Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Sivasspor"un daha üç futbolçusunda koronavirus aşkarlanıb.

Qol.az Türkiyə klubunun rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, onlardan 2-si daha əvvəl koronavirusa yoluxan və karantin müddətini başa vuranlardır.

Qeyd edək ki, "Sivasspor" dekabrın 10-da qrup mərhələsinin sonuncu - 6-cı turunda İsraildə "Makkabi" (Təl-Əviv)  ilə üz-üzə gələcək.


Son xəbərlər
topaz banner