44 günlük müharibə Azərbaycanın qələbəsi ilə bitdi. Şanlı üçrəngli bayrağımız tezliklə işğaldan qurtulan bütün bölgələrdə dalğalanacaq və bir daha enməyəcək. Amma ölkəmizi coğrafi mənada işğaldan qurtarsaq da, hələ də buralarda “at oynadan”, adamlarımızın cibinə girən, onlardan oğurladığı pulu güllə, mərmi şəklində əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın başına yağdıran “1xBet” və “Mostbet” kimi şirkətlərin əsarətindən çıxa bilmirik. Bəlkə də çox sərt yanaşma oldu. Bu yazılar silsiləsini oxuyandan sonra mənim kimi düşünəcəyinizə əminəm.
İngiltərədən niyə qovulublar?
Ötən yay İngiltərədə “1xBet”in fəaliyyəti ilə bağlı qopan qalmaqal bu gün də səngiməyib. “Çelsi”, “Liverpul” və “Tottenhem” kimi klublarla əməkdaşlığa başlamaq üzrə olan şirkətin qanunsuz əməlləri tarixən mühafizəkarlığa meyilli Böyük Britaniya krallığını sarsıtdı, dərhal ictimai etirazlar başladı və “1xBet”in fəaliyyəti yasaqlandı. “Sunday Times” qəzetinin araşdırması bir çox acınacaqlı məqamları üzə çıxardı. Söhbət ilk növbədə müştərilərin aldadılmasından, uşaq idmanı üçün pul qəbulundan, porno və zorakılıq ilə bağlı gizli linkləri istifadəçilərin telefonlarına yükləməkdən, onların telefonlarındakı bütün məlumat və yazışmaların, şəkillərin ələ keçirilməsindən gedir. Deməli, İngiltərədə möbil telefon istifadəçiləri “1xBet”dən istifadə etdiyi halda porno və piratlıq ilə bağlı yasaq saytlar da avtomatik həmin şəxsin telefonuna yüklənirdi. Bir sözlə, “1xBet” kompüter quldurluğuna başlamış, yuxarıda adı çəkilən klubları isə özünə “çətir tutmuşdu”. Şirkətin natəmiz imicini bu klublar təmizləməliydi ki, İngiltərə ictimaiyyəti buna imkan vermədi. Şirkətinin fəaliyyətinin qadağan olunması bir yana, premyer-liqa klubları böyük miqdarda cərimə ödəməyə də məcbur oldu. Kiprdə qeydiyyatdan keçən, Kuraçaoda lisenziya alan “1xBet”in Britaniyadakı fəaliyyəti, demək olar ki, başlamamış bitdi. Bu məsələni tənzimləyən dövlət qurumu – Ehtiraslı Oyunlar üzrə Komissiya klubları cərimələməklə yanaşı, həbs cəzasına əl atacağını da gizlətmədi. Belədə “Tottenhem” dərhal müqaviləni ləğv etdi, qalan klublar da “1xBet”i tərəfdaşları siyahısından çıxardı. Araşdırma zamanı qeyri-leqal fəaliyyət göstərən, əsasən porno məzmunlu material yayan 4000-dən artıq saytda “1xBet”in reklamı aşkarlandı.
Ermənilərə sponsorluq edirlər!
Bütün bu sadalanan məqamlardan sonra çox maraqlı, eyni zamanda düşündürücü sual doğur: qurulduğu Rusiyada təqib olunan, fəaliyyəti yasaqlanan bukmeker kontorları nədən belə həvəslə Azərbaycan can atırlar? Əvvəlki yazılarda bu kontorların dövlət büdcəsinə qəpik də ödəmədən azərbaycanlıların külli miqdarda pulunun “arxasına keçdiyini” vurğuladıq. Amma bu milli faciəmizin, Azərbaycanın dövlət maraqlarının ayaqlar altına atılmasının yalnız üst qatı, görünən hissəsidi. Acı gerçəklik isə budu ki, “1xBet” və “Mostbet” erməni diasporunun uyuşdurucu (narkotik), qadın/seks ticarətindən qazandığı pulları “ağlamaq” üçün yaratdığı sistemdi. Adı çəkilən bukmeker kontorlarının hədəfi budu ki, Azərbaycanda vergi ödəmədən qazanc əldə edib, Ermənistana yardım edə bilsinlər. Azərbaycanda “Mostbet” və “1xBet” üzərindən oynanılan hər mərc, hər qəpik cəbhədə əsgər-zabitlərimizin, cəbhəyanı bölgələrdə isə mülki vətəndaşlarımızın üzərinə güllə və mərmi şəklində geri qayıdır. Çox əcaib cinayət şəbəkəsi Azərbaycanın, azərbaycanlıların milli təhlükəsizliyini təhdid altına alıb. Bizdəki saytlara, mərc edən uşaqlara bonus bəhanəsiylə ciddi pul ödənişləri etdiklərindən (yuxarıda bu fırıldağın mexanizmini açıqladıq) heç kim bu təhlükənin fərqində deyil. Hər kəs öz cibinə girən pula baxır. Amma unudurlar ki, qazandıqları hər qəpik erməni diasporuna gedir. “1xBet” və “Mostbet” kimi erməni-yunan dəstəkli şəbəkələrdə mərc edən hər bir azərbaycanlı gənc cəbhədəki qardaşını vurmaq üçün erməniyə güllə alır.
Mənəvi kateqoriyalar öz yerində, amma ölkəmizdə qeyri-qanuni bukmeker fəaliyyəti ilə məşğul olan belə şirkətlərin fəaliyyətini yasaqlayan müvafiq qanunvericilik aktları, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 25 oktyabr 2016-cı ildə imzaladığı 1086 saylı fərman var. Həmin fərmanda Daxili İşlər, Vergilər, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üzərinə konkret vəzifələr qoyulub ki, növbəti yazıda məhz bu haqda danışacağıq.
Mənbə: “Futbol+” qəzeti
“Bavariya”dan xal itkisi
Ronaldo 986-cı qolunu vurdu
Kandido 1:5-lik məğlubiyyətin səbəblərindən danışdı
Yeni rekord olacaq: Bütün biletlər satıldı!
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
“Barselona” gənc futbolçusu ilə müqaviləni uzatdı
"Klublardan üzr istəyirəm" - Millimizin baş məşqçisi
Yevlaxda vurulan 4 qol - Video
Azərbaycan millisi İraqa qalib gəldi
Perkons “Zirə” ilə heç-heçəni şərh etdi
"Sumqayıt" - "Sabah": Heyətlər
Rəşad Sadıqov: “Qəribə hadisələr baş verir”
Mərkəzi oyunda qalib müəyyənləşmədi
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
Azərbaycan millisi ərəblərlə qarşılaşacaq
"Real" Kurtua ilə müqaviləni uzatdı - Rəsmi
PSJ-də yeni müqavilələr olacaq
Azərbaycanın güləş millisi Gürcüstanda çempion oldu
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
Yayda "Liverpul"dan ayrılmaq istəyir
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
Satışa çıxarılan “Lester”lə bağlı yeni qərar
Dünən əsgər marşı, bu gün azarkeş nidası…
Premyer Liqanın yeni mövsümünün başlama tarixi açıqlandı
“Mançester Yunayted” 4 azarkeşini cəzalandırdı
MLS-in ən çox qazananları
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov