U-17 millimizin rəqibləri müəyyənləşdi

U-17 millimizin rəqibləri müəyyənləşdi
XƏBƏR 9 Dekabr 2020 / 14:05 1193
-  A +

U-17 millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri məlum olub.
 
Qol.az xəbər verir ki, 3-cü qrupda yer alan yığmamız Lüksemburq, Norveç və Belçikaya qarşı mübarizə aparacaq.
 
Turnirdə 52 komanda yarışacaq.  Seçmə mərhələdə hər qrupdan iki komanda və 4 ən yaxşı nəticəsi olan üçüncü yerin sahibi elit mərhələyəvəsiqə əldə edəcək.
 
Niderland və İspaniya elit raunddan mübarizəyə qoşulacaq. Ev sahibi İsrail birbaşa 2022-ci ilin mayında keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
 
Qeyd edək ki, çempionatın qarşılaşmaları 1 iyul - 16 noyabrda keçiriləcək.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner